Ofis arakəsmələrinin istifadə olunması
Ofis arakəsmələri bina daxilində tikinti konstruksiyalarının bir növüdür. Şüşə arakəsmələri inzibati və ictimai binada iş zonasının abadlaşdırılması, habelə, iş məkanında səs izolyasiyasının yaradılması üçün lazımdır.
Ofis otağında iş məkanını əsaslı şəkildə dəyişdirmək lazım olduqda, ofis arakəsmələrindən istifadə edirlər. Bu gün boğucu və kiçik kabinetlərin yerinə şüşədən olan iş zonalarına bölünmüş açıq məkan gəlib. Onlar iş zonalarını mükəmməl şəkildə formalaşdırır və otağın əsaslı rekonstruksiyasını həyata keçirməyə ehtiyac qalmayacaq. Ofis üçün müasir arakəsmələr şəxsi sahənin qorunub saxlanması və vahid məkanın açılması problemlərinin gözəl həllidir. Bu cür ahəng uzun müddətdir ki, bir çox ofis binalarının və ya işgüzar mərkəzlərin ayrılmaz hissəsidir. Qiyməti bütün müştərilər üçün uyğun olan ofis arakəsmələri hər bir işçi üçün şəxsi sahə atmosferini yaradır, lakin bu zaman həmkarlar arasındakı “şəffaflıq” kollektivi birləşdirməyə imkan verir..