Teleskopik sistem
Teleskopik Sistem sabit və hərəkətli modullardan ibarətdir və teleskopik şəkildə bir-birinə keçir. Dam örtükləri Dairəvi, Lean-to, Klassik və üçbucaq formalarda olur. Hərəkətli modullar sabit modulun altına ya əl ilə, ya da motor vasitəsilə yığılır. Sistem modullardan təşkil olunduğu üçün, uzunluq ölçüsündə limit yoxudur. Modulların ölçüsü isə proyektən asılı olaraq 105-210 sm arasında dəyişir. Həddindən artıq küləkdə mənfi təsirlərin qarşısını almaq üçün sistemdə relslərə xüsusi alüminium sıxaclar bağlanır. Bu sistemlər, hovuzların bağlanmasında, ticarət mərkəzlərinin, otellərin, terrasların, eyvanların, qış bağçalarının bağlanmasında istifadə olunur.